Rusiya MN-də kadr dəyişikliyi -
O, Şoyquya müavin gətirildi
General-polkovnik Mixail Mizintsev Rusiya müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini təyin edilib. Globall.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “General-polkovnik Mixail Mizintsev Rusiya Federasiyası müdafiə nazirinin Rusiya Silahlı Qüvvələrinin maddi-texniki təchizatına cavabdehlik üzrə müavini vəzifəsinə təyin edilib”, - deyə hərbi idarənin "Telegram-kanal"ında bildirilir. Qeyd olunur ki, ordu generalı Dmitri Bulqakov başqa işə keçməsi ilə əlaqədar müdafiə nazirinin müavini vəzifəsindən azad edilib.
Oxunub: 152
Xəbəri paylaş
Paylaş: