Ukraynada son vəziyyət necədir?
Rus ordusu Ukrayna ərazisinə 5 raket və 12 hava zərbəsi endirib, 40-dan çox yaşayış məntəqəsi atəşə məruz qalıb. Globall.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib. “Ukraynanın hər yerində hava və raket zərbələri təhlükəsi var. MLRS-dən 83-dən çox hücum edilib. Mülki əhalini vurmaq üçün PUA-dan da istifadə olunub. 40-dan çox yaşayış məntəqəsi, o cümlədən Kupyansk, Kramatorsk, Baxmut, Krasnoqorovka, Maryinka, Kamenka, Kuraxovo, Pavlovka, Zaporojye, Nikopol, Oçakov, Nikolayev və Odessa atəşə tutulub”, - məlumatda deyilir. Baş Qərargah həmçinin Volın və Polesye istiqamətlərində vəziyyətin ciddi dəyişmədiyini əlavə edib: "Digər istiqamətlərdə isə ruslar tanklardan, minaatanlardan və artilleriyadan atəş açıblar".