Kamran Əliyev Gürcüstanda səfərdədir

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin növbəti iclası, 27-ci illik konfransı və ümumi yığıncağında iştirak etmək məqsədilə Tbilisiyə işgüzar səfərə gedib.
Globall.az xəbər verir ki, nümayəndə heyəti tərəfindən Tbilisidə Ulu öndər Heydər Əliyevin adına park ziyarət edilib, abidəsi önünə əklil qoyularaq ümummilli liderin xatirəsi ehtiramla yad edilib.
Sentyabrın 24-də Assosiasiyanın İcraiyyə Komitəsinin iclası keçirilib.
Oxunub: 235
Xəbəri paylaş
Paylaş:




















