Paşinyan Parisdə:
Bu gün axşam Makronla görüşəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfərə gedib. Globall.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb. Hökumətdən bildirilib ki, bu gün axşam saatlarında Yelisey sarayında Ermənistanın Baş naziri ilə Fransa Prezidenti Emmanuel Makron arasında görüş keçiriləcək. Qeyd edək ki, bu gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın da Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə getməsi barədə məlumat yayılıb.
Oxunub: 112
Xəbəri paylaş
Paylaş: