Demokratlar Baydeni dəstəkləməyəcək?
ABŞ Demokratlar Partiyası tərəfdarlarının yarıdan çoxu 2024-cü ildə keçiriləcək prezident seçkilərində Co Baydenin namizədliyini dəstəkləməyəcək. Globall.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” və “ABC Nyus” birgə sorğu keçirib. “Demokratlar və partiyanın müstəqil tərəfdarlarının 56%-i seçki zamanı Baydenin yerinə başqa namizəd irəli sürmək fikrindədir. Bu mövqe gənc demokratlar arasında daha çox yayılıb. Sorğuda iştirak edən demokratların yalnız 35%-i Baydenin namizədliyini dəstəkləyib”, - məlumatda qeyd olunub.
Oxunub: 207
Xəbəri paylaş
Paylaş: