Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Cəbhədə son vəziyyət: düşmən atəşkəs rejimini 32 dəfə pozub
  • Müdafiə Nazirliyi cəbhədə son vəziyyət barədə - erməni təxribatı ara vermir
  • Ermənistan silahlı bölmələri atəşkəs rejimini 38 dəfə pozub
  • Müdafiə Nazirliyi cəbhə xəttindən məlumat yaydı - atəşkəs rejimi 33 dəfə pozulub
  • Ermənilər atəşkəs rejimini 32 dəfə pozub
  • Bu gün Azərbaycanda Anım Günüdür

    • Tarix: 27-09-2022, 09:19


    Azərbaycan xalqı, yer kürəsinin müxtəlif guşələrində yaşayan dünya azərbaycanlıları, Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini bu gün də dərin ehtiramla anırlar

     

       Hər kəs o haqda məlumata malikdir ki, 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində başlayan və dörd gün ərzində davam edən erməni təxribatı, bir daha mənfur qonşumuzun hansı cılız simaya, hansı cılız hissiyata sahib olduğunu ortaya qoydu. Bəli, həmin günlərdə erməni silahlı qüvvələri Tovuzun sərhəd kəndlərində, ələlxüsus Ağdam və Əlibəyli kəndlərində, həmçinin digər yaşayış məntəqələrinə yaxın ərazilərdə müəyyən təxribatlara əl atmaqla, məhz uzun illərdən bəri qarşılarına qoyduqları məqsədlərinə nail olmaq istədilər. Amma, bu dəfə də alınmadı! Çünki, işğalçı ölkənin hər cür iyrənc addımlarına şanlı Azərbaycan ordusu lazımi səviyyədə cavab verdi və 2016-cı ilin aprel hadisələri zamanı işğalçı ordu birləşmələrinə verdikləri “ibrət dərsi”ni, məhz bir daha onlara “başa saldılar”. Unutmaq olmazdı ki, ötən illər ərzində Azərbaycanın Silahlı Qüvvələri kifayət qədər təkmilləşmişdi, döyüş ruhu birəbeş artmışdı, hər cür texniki avadanlıqlarla, silah növləri ilə təmin olunmuşdu, bir sözlə lazımi təminatları tam şəkildə ödənilmişdi. Belə bir səbəbdən də, ordumuzda ruh yüksəkliyi, döyüşkənlik əzmi ən yüksək səviyyədə idi. Faktdır ki, bütün bunların kökündə ölkə rəhbəri, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm İlham Əliyevin Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğının varlığı başlıca rol oynadı. Yəni, onu qeyd etmək yerinə düşər ki, möhtərəm Prezidentimizin, bütövlükdə dövlətimizin ordumuza qarşı yanaşması, məhz əldə etdiyimiz uğurların əsasını qoymuş oldu.

         Faktdır ki, Azərbaycan Ordusunun 12-16 iyul günlərində əldə etdiyi parlaq qələbələr, həm erməni işğalçı ordusunu, həm də Ermənistanın hərbi-siyasi rəhbərliyini tam şəkildə çıxılmaz duruma saldı. Yəni, ötən illər ərzində riyakar mövqeyini ortaya qoyan, yerli ictimaiyyətlə bərabər, beynəlxalq ictimaiyyəti də aldatmağa çalışan işğalçı ölkənin baş naziri Nikol Paşinyan və onun siyasi komandası, həmin günlərdə yaşadıqları uğursuzluqları erməni xalqından gizlətməyə çalışsalar da, son anda onlar geniş xalq kütləsinin ciddi müqaviməti ilə üz-üzə qalmalı oldular. Çox keçmədi ki, xalq küçələrə axışıb etiraz səslərini ucaltdılar, Nikol Paşinyandan və onun komandasından baş verən ölüm faktlarının hesabatlarını tələb etdilər. Bu cür ciddi etiraz və müqavimətin qarşısında çıxılmaz duruma düşən Ermənistanın siyasi rəhbərliyi nə qədər “oyun” oynasa da, heç də düşdüyü vəziyyətdən çıxa bilmədi. Adicə dörd gün ərzində 100-dən çox canlı qüvvəsini itirən, xeyli sayda hərbi texnikası sıradan çıxan Ermənistanda olmazın qarşıdurma yaşandı. Belə bir halın varlığı onu söyləməyə əsas verdi ki, xalq riyakar ermənistan hakimiyyətini heç cür qəbul etmir və qəbul etmək istəyində də deyil. Yəni, işğalçı ölkədə etiraz aksiyaları başladı, fəallar sosial şəbəkələrdə  Nikol Paşinyan hakimiyyətini ciddi tənqid etdilər. Bir faktı da qeyd edək ki, bir çox tədbirlərdə özünü gülünc vəziyyətə salan, açıq-aşkar şəkildə savadsızlığını ortaya qoyan, ara-sıra sərsəm bəyanatlar verən Nikol Paşinyan və onun hərbi-siyasi komandası yerlərdə ironiya ilə qarşılandı və tam əksəriyyət onların yalanlarına heç cür uymadılar.

           Bütün bunlara baxmayaraq, işğalçı Ermənistanın Silahlı Qüvvələri yenə də qol qoyduqları təxribaxtlardan əl çəkmədilər və fürsət düşdükcə ölkəmizə qarşı hər cür çirkin əməllərə rəvac verdilər. Məsələn, 2020-ci ilin 27 sentyabrında baş verən hadisələr də, məhz işğalçı ölkənin törətdiyi növbəti təxribatlardan biri oldu.  Qeyd edək ki, həmin günün səhər saatlarında işğalçı ölkənin silahlı qüvvələri sərhədboyu ərazilərdə genişmiqyaslı təxribatlar törədib, cəbhə xəttində yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlarlardan, minaatanlardan, müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tuturlar. Həmin vaxt Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə, şanlı Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhəboyu ərazilərdə sürətli əks-hücum əməliyyatlarına başlamaları haqda qərarını verir. Baş verən qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, eyni zamanda 28 sentyabrda qismən səfərbərlik elan olunur. Qarşıdurmalar qısa müddət ərzində sürətlə alovlanır və İkinci Qarabağ müharibəsinə çevrilir. İlk gündən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız ölkə rəhbərinin ətrafında bir yumruq kimi birləşdi, əzm və iradə, həmrəylik nümayiş etdirməklə, məhz mənfur düşmənə qarşı sarsıdıcı zərbələrini endirdilər. Bəli, müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl atdı və günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətməyə qərar verdi. Fakt o oldu ki, Azərbaycan Ordusu 27 sentyabrdan əks-hücum əməliyyatlarına başlayıb itirilmiş torpaqlarımızı geri qaytardı və mənfur düşmənə sarsıdıcı zərbələrini endidi. 44 gün ərzində davam edən Vətən savaşında “məğlubedilməz erməni” mifi tamamilə yox edildi. Unutmaq olmaz ki, cəbhədə Azərbaycan ordusunun müqavimətinə duruş gətirə bilməyən erməni ordu birləşmələri, 27 sentyabrdan son günlərə qədər mülki insanları ağır artilleriya qurğularından atəşə tutdular. Bu cür addımların atılması birbaşa erməni faşizmi, erməni barbarlığı demək oldu və işğalçı Ermənistan atdığı addımları ilə özünün terrorçu dövlət olduğunu, faşist ideologiyasına xidmət etdiyini ortaya qoymuş oldu. Baş verən belə bir olayların fonunda Azərbaycan haqq səsini bütün dünyaya çatdırsa da, təəssüflər olsun ki,  ATƏT-in Minsk qrupuna daxil olan həmsədr dövlətlər, BMT, Avropa Birliyi, aidiyyəti üzrə digər beynəlxalq təşkilatlar və s. sərt şəkildə Ermənistanın işğalçılıq siyasətini pisləyib konkret mövqelərini ortaya qoymadılar, bu ölkəyə lazımi səviyyədə təzyiq göstərmədilər. Bu cür münasibətlərin varlığına baxmayaraq, vaxt keçdikcə beynəlxalq birliyin Azərbaycana qarşı münasibəti dəyişməyə başladı. Çünki, onlar da həqiqəti dərk etməyə və apardığımız haqq mübarizəsini müdafiə etmək zorunda qaldılar.

         Biz 27 sentyabrda başlayan və 44 gün ərzində davam edən Vətən savaşında minlərlə şəhid verdik, həmvətənlərimiz arasında itkin düşənlər, yaralanıb sağlamlığını itirənlər və s. oldu. 1992-1993-cü illərdə ələ keçirilən və düşmən tapdağı altında qalan torpaqlarımızı qəhrəman şəhidlərimiz, əsgər və zabitlərimiz, qazilərimiz qanları-canları bahasına azad etdilər. Fakt o oldu ki, müzəffər Ordumuzun yazdığı tarix nənki bugünümüz üçün, eyni zamanda sabahımız üçün də möhkəm bünövrə oldu.

         Onu da qeyd edək ki, Azərbaycan dövləti hər zaman mübariz övladlarının şücaətini yüksək qiymətləndirir, şəhidlərin ruhuna ehtiram göstərir, onların əziz xatirəsini daim uca tutur. Belə bir səbəbdən də, Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərən, üçrəngli Bayrağımızı işğaldan azad olunan torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğurunda canlarından-qanlarından keçməyi bacaran əsgər və zabitlərimizə, bütövlükdə şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 02 dekabr tarixli Sərancamı ilə, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd olunması qərara alınmışdır. Faktdır ki, Azərbaycan xalqı, yer kürəsinin müxtəlif guşələrində yaşayan dünya azərbaycanlıları müqəddəs Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini bu gün də dərin ehtiramla anırlar. Küçə, prospekt və meydanlarda, yaşadıqları evlərin balkonlarında üçrəngli bayrağımızı dalğalandırırlar. Məscidlərdə, kilsələrdə, sinaqoqlarda canlarından keçmiş Vətən övladlarının ruhuna dualar oxunur. Bir sözlə, insanlar “Anım Günü”nü həm də zəfər və iftixar günü olaraq qeyd edirlər. Unutmayaq ki, Vətən müharibəsi xalqımızın şanlı tarixi, şəhidlər və qazilərimiz isə qürur mənbəyimizdir. Bəli, doğma Azərbaycanımızın igid, qeyrətli, vətənpərvər oğulları Zəfər naminə, ölkəmizin bütövlüyü naminə canlarından keçdilər və onların hər biri bizim üçün əsl qəhrəmanlıq, rəşadət və qorxmazlıq nümunəsidirlər. Vətən savaşında şəhidlərimizin qanı nahaq yerə tökülmədi, əslində biz ədaləti, tarixi həqiqəti bərpa etdik və bu müharibə nəticəsində parlaq Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu. Ona görə də hər birimiz bu Zəfərin nəyin bahasına əldə olunmasını heç zaman unutmamalıyıq, heç zaman da unutmayacağıq.

         Hazırda ölkə rəhbəri elə bir müdrik, elə bir yetkin idarəçiliyini həyata keçirir ki, atılan hər bir addımda xalqımızın, dövlətimizin ümumilli maraqlarının təmin olunması öndə tutulur. Çünki, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı hər an siyasi iradə nümayiş etdirir, qətiyyətli addımlarını atır, bütün təpkilərə, təzyiqlərə sinə gəlib yenilməz dövlət başçısı olduğunu əməli addımları ilə sübuta yetirir.  Bəli, bütün bunları qeyd etməkdə məqsədimiz ondan ibarətdir ki, bu gün Vətənini sevən, xalqına bağlı olan hər bir vətən övladının üzərinə böyük yük düşür. Yəni, hər kəs bundan sonra da Qarabağ həqiqətlərini, erməni vandalizminin mahiyyətini, Ermənistanın terrorçu dövlət olmasını və s. bütün dünyaya çatdırmaq üçün əlindən gələni əsirgəməməlidir. Odur ki, hər bir Azərbaycan vətəndaşını bu yöndə mübarizəyə səsləyib, möhtərəm Prezidentin müdrik siyasətini müdafiə etməyə, dövlətimizin, ordumuzun yanında olmağa dəvət edirəm. Çünki, bizim mübarizəmiz haqq mübarizəsidir, ədalətin bərpası uğrunda apardığımız mübarizədir! Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı nəsib etsin!

    Qarabağ AZƏRBAYCANDIR!

     

    Elxan ABBASOV,

    Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin rəisi, 1-ci dərəcəli ədliyyə qulluqçusu


    Oxunub: 277
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.