Tramp Səudiyyə Kralı ilə koronavirusu və neft bazarındakı vəziyyəti müzakirə etdi
ABŞ Prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz mayın 8-də telefon danışığı zamanı qlobal neft bazarında sabitliyin əhəmiyyətini vurğulayıblar.
ABŞ Prezidenti və Səudiyyə Ərəbistanının Kralı koronavirus pandemiyası şəraitində iqtisadiyyatın canlanması üçün qlobal enerji bazarında sabitliyin mühüm olması barədə razılıq əldə ediblər. Rəsmi SPA agentliyinin məlumatına görə, tərəflər Vaşinqton və Ər-Riyad arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi barədə də fikir mübadiləsi aparıblar. Onlar, həmçinin C7 və G20 qrupuna daxil olan ölkələrin liderlərinin regional və qlobal təhlükəsizlik üzrə əməkdaşlığının vacibliyini qeyd ediblər.
Kral Salman bin Əbdüləziz Yəməndə silahlı münaqişənin siyasi yolla həlli istiqamətində BMT-nin xüsusi elçisinin səylərini dəstəklədiyini
vurğulayıb./azərtac