Dollar bahalaşır
ABŞ dolları çərşənbə günü artan xəzinədarlıq gəlirləri fonunda səbət valyutalara qarşı yeni 20 illik maksimuma çatıb. Globall.az xəbər verir ki, ABŞ dolları indeksi Asiya ticarətində 114,68 səviyyəsinə çatıb, daha sonra isə 114,62 səviyyəsinə geriləyib. Qeyd edək ki, ABŞ-ın xəzinədarlıq gəlirləri 2010-cu ildən bəri ilk dəfə 4%-ə yüksələrək 4,004%-i keçib. İki illik gəlirlilik 4,2912% təşkil edib. Funt sterlinq isə yenidən ucuzlaşaraq minimumuna yaxınlaşıb. Belə ki, İngiltərə funtu 1% ucuzlaşaraq 1,0634 dollara qədər geriləyib. Avro isə 0,2% ucuzlaşaraq 0,95735 dollara, Avsraliya dollarının məzənnəsi isə 0,1% azalaraq 0,6428 dollara enib. Yeni Zelandiya dolları isə 0,56165 dollar səviyyəsinə geriləyib. Yapon yeni ABŞ xəzinədarlığının bir gecədə faiz artımından sonra 24 illik minimumuna - 144,79 dollara yaxınlaşıb.