“Avroviziya-2023”ün keçiriləcəyi şəhər bəlli olur
“Avroviziya-2023” mahnı müsabiqəsi Böyük Britaniyanın Qlazqo və ya Liverpul şəhərində keçiriləcək.
Globall.az xəbər verir ki, təşkilatçılığa namizəd şəhərlərin qısa siyahısı yeddidən ikiyə endirilib. Ya Qlazqo, ya da Liverpulun müsabiqəyə ev sahibliyi edəcəyinə qərar verilib. Birmingem, Lids, Mançester, Nyukasl və Şeffild şəhərləri isə siyahıdan çıxarılıb.
Ən çox təklif irəli sürülən isə çay sahilində arenaları olan Qlazqo və ya Liverpul olub.
Yekun qərarın bir neçə həftə ərzində veriləcəyi qeyd edilir.
Oxunub: 141
Xəbəri paylaş
Paylaş: