İranlı polkovnik etirazçılar tərəfindən öldürüldü
İranda İslam İnqilabı Keşikçiləri Korpusunun polkovniki Mohsen Dalvənd ölkədə davam edən etirazlar zamanı öldürülüb.
Globall.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrin İran seqmentində yayılıb.
Məlumata görə, Mohsen Dalvənd Sərdəşt şəhərində etirazçılar tərəfindən güllələnib.
Həmçinin bildirilir ki, iranlı polkovnikin 4 cangüdəni də yaralanıb. Yaralılar Urmiyada xəstəxanaya yerləşdirilib.
Oxunub: 136
Xəbəri paylaş
Paylaş: