Rusiya-Ukrayna müharibəsi nə qədər çəkəcək?
Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə iki-üç il çəkməyəcək, daha tez başa çatacaq. Globall.az xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Oleq Jdanov deyib. "Rusiyanın resursları var. Onlar döyüşəcəklər. Bu müharibə iki-üç il davam edəcək? Məncə, yox. Bu müharibə çətin ki, bir neçə il çəksin", - o bildirib. Jdanov Rusiyadakı problemlərin, o cümlədən elan edilmiş səfərbərliklə bağlı gərginliyin yalnız artacağını proqnozlaşdırır.
Oxunub: 161
Xəbəri paylaş
Paylaş: