Axundu məsciddə bıçaqladılar -
Azərbaycanda ŞOK
Lənkəranda din xadimi bıçaqlanıb. DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, hadisə bu gün sübh çağı şəxsi münasibətlər zəminindəki mübahisə zamanı baş verib. Belə ki, Lüvəsər kənd məscidinin axundu, 1985-ci il təvəllüdlü Taleh Əliyev məscidin həyətində olarkən kənd sakini Çingiz Əlizadə tərəfindən ona çoxsaylı bıçaq zərbələri endirilib. Ç.Əlizadə polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.
Oxunub: 144
Xəbəri paylaş
Paylaş: