Rus səfir ABŞ hökumətinə müraciət etdi: "Onları azad edin"
Səfir ABŞ-da həbsxanada olan rusların COVİD-19 səbəbindən azad edilməsi üçün Dövlət Departamenti, Ədliyyə Nazirliyi və Federal Penitensiar Agentliyə müraciət edib.
O, ABŞ tərəfini xoş niyyət və humanistlik göstərərək rusları həbsxanalardan buraxmağa dəvət edib və bildirib ki, COVİD-19 səbəbindən həbsxanalarda durum yaxşı deyil.
Xatırladaq ki, bundan əvvəl Anatoli Antanov ABŞ ədliyyə naziri Uilyam Barr və Federal Penitensiar Agentliyin rəhbəri ilə görüşərək həbsxanadakı Rusiya vətəndaşların azadlığa buraxılması məsələsini qaldırıb.
Qeyd edək ki, hazırda ABŞ-da Rusiya agenti adı ilə həbs edilən 4 rus var.
Oxunub: 331
Xəbəri paylaş
Paylaş: