Akar: "Türkiyə daim Azərbaycanın yanındadır"
“Türkiyə daim Azərbaycanın, Liviyanın yanındadır”. Globall.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. O bildirib ki, Türkiyə ordusunun terrorla mübarizəsi uğurla davam edir: “Dayanmaq yoxdur. Dənizdə, havada, quruda mübarizə davam edir”. H.Akar Türkiyənin bütün qonşularının ərazi bütövlüyünə hörmət etdiyini söyləyib: “Bizim kiminsə torpağında gözümüz yoxdur”. “Harada terroçu varsa, ora bizim hədəfimizdir. “Pənçə Kilid” əməliyyatı uğurla davam edir. Bütün mağaralar bir-bir təmizlənir. Biz çalışırıq ki, mülki əhaliyə, tarixi abidələrə zərər dəyməsin”, - milli müdafiə naziri vurğulayıb.
Oxunub: 166
Xəbəri paylaş
Paylaş: