Deputat Səbuhi Əhmədovun qardaşına şəhid ailəsi statusu verilməsindən danışdı
“Səbuhi Əhmədov adında şəxs şəhid olub. Onun cəmi bir qardaşı var. Ona da deyirlər sizə şəhid ailəsi statusu düşmür. Ata yox, ana yox, şəhidin cəmi bir qardaşı var. Qardaşına da bildirirlər ki, qanun buna imkan vermir. Bu nadir haldır, düşünmək lazımdır. Ona birotaqlı ev təklif ediblər, o da imtina edib. Deyiblər ki, sənə 2 otaq düşmür. Əslində şəhidin qanuni varisi qardaşıdır. Mən bu mövzuda danışmışam, amma fikrimi də manipulyasiya ediblər”. Globall.az xəbər verir ki, bunu Milli Məclin payız sessiyasının plenar iclasında deputat Aqil Abbas deyib. Deputat Milli Məclis sədridən xahiş edib ki, bu məsələ diqqətə alınsın, şəhid statusu verilsin və iki otaqlı mənzillə təmin olunsun. İkincisi, bir qazi iki ildən sonra gedib şüşə və ya qapını qırdı, məsələsi də dərhal həll olundu. Olmazdımı ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bundan əvvəl məsələni həll edər, beləcə pis nümunə ortaya çıxmazdı. Üçüncü məsələ də var. Bütün qazilər və şəhid ailələri birinci icra başçılarına müraciət edirlər. Amma ixra başçılarının səlahiyyəti yoxdur. Ən çox söyüləndə icra başçılarıdır. Gəncəyə getmişdim, yol şəhid şəkilləri idi, Tovuzda da belədir. Sağ olsunlar, şəhidlərin adına küçə veriblər, löhvə qurublar. Rayonlarda küçələrə şəhid adı qoymaq İcra Hakimiyyətinin səlahiyyətindədir. Bunu etmək olar”.