UEFA “Neftçi”yə ödəniş etdi
UEFA “Neftçi” komandasına ödəniş edib. Avropa futbol qurumu UEFA Avropa Konfrans Liqasının təsnifat mərhələsində iştirakına görə “ağ-qaralar”a 650 000 avro vəsait ayırıb. Məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb. Qeyd edək ki, “Neftçi” Konfrans Liqasına I təsnifat mərhələsindən başlayıb. İlk raundda Kipr “Aris”ini keçən paytaxt təmsilçisi II mərhələdə Avstriyanın “Rapid” klubuna uduzub.
Oxunub: 334
Xəbəri paylaş
Paylaş: