Ata minib sərxoş halda parka getdi və...
Bakıda parkda atla gəzərək insanları narahat edən şəxs məsuliyyətə cəlb edilib.
Globall.az xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsinin mərkəzi parkında baş verib. 2001-ci il təvəllüdlü Elgün Məmmədli (şərti) sərxoş halda ata minərək parka gəlib.
İttihama görə, ərazidə xidmət aparan polis əməkdaşları ona atla hərəkət etməsinin parkda istirahət edən insanlarda narahatlıq yaratdığını bildiriblər. O isə polis əməkdaşlarının parkı tərk etməsi ilə bağlı tələbinə etiraz edib.
Bundan sonra saxlanılan şəxs bölməyə aparılıb və barəsində protokol tərtib edilib. Protokolla birgə Qaradağ Rayon məhkəməsinə göndərilən Elgün Məmmədli 150 manat cərimə edilərək sərbəst buraxılıb.
Oxunub: 176
Xəbəri paylaş
Paylaş: