Kəlbəcər və Daşkəsəndə 230 mina məhv edildi
Kəlbəcər və Daşkəsəndə 230 mina aşkarlanaraq zərərsizləşdirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Erməni diversiya qruplarının Kəlbəcər rayonu ərazisində basdırdığı növbəti 118 ədəd PMN-Э tipli piyada əleyhinə və 4 ədəd TM-62M tipli tank əleyhinə mina, həmçinin Daşkəsən rayonu ərazisində 108 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar olunub.
Aşkar edilən bütün minalar mühəndis-istehkamçılarımız tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə fəaliyyətlərini yüksək peşəkarlıqla icra edir.
Oxunub: 180
Xəbəri paylaş
Paylaş: