Xərçənglə mübarizə aparan Aygün Türkiyəyə gedir
Xərçəng xəstəliyi ilə mübarizə aparan əməkdar artist Aygün Bəylər yenidən Türkiyəyə müayinəyə gedir. Globall.az xəbər verir ki, bu haqda Teleqraf.com-a ifaçının köməkçisi məlumat verib. "Aygün Bəylərin müalicəsi davam edir, şükür Allaha, səhhəti yaxşıdır. Türkiyəyə bir dəfə getmişik, oktyabrın 10-da yenidən gedəcəyik. İmmuniteti zəifdir və həkimi virusa görə insanlarla görüşməsinə icazə vermir", - köməkçi bildirib.
Oxunub: 532
Xəbəri paylaş
Paylaş: