Mərhum bəstəkarın xaricə getməsinin səbəbi bəlli oldu
“Çox yaxşı qonşu idi”.
Globall.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında mərhum bəstəkar Ruhəngiz Qasımovanın qonşusu deyib. Onun sözlərinə görə, mərhum bəstəkarın yoldaşı da bu yaxınlarda vəfat edib:
“O, tək yaşayırdı. Yoldaşı da bu yaxınlarda vəfat edib. 1 ili heç olmayıb. Övladlarının hər ikisi - qızı və oğlu xaricdə yaşayırlar. Yəqin ki, darıxdığı üçün qızına baş çəkməyə gedibmiş. Xəstəliyinin olub-olmadığından məlumatsızıq. Hər halda xəstəliyi olsaydı, bilərdik. Ruhu şad olsun. Çox yaxşı insan idi”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova ötən gün 82-i yaşında dünyasını dəyişib.
Oxunub: 246
Xəbəri paylaş
Paylaş: