UEFA-dan iki azərbaycanlıya
TƏYİNAT
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Konfrans Liqasının oyununa təyinat alıb. AFFA-nın rəsmi saytının məlumatına görə, o, Slovakiyada “Slovan” və İsveçrə “Bazel”i arasında keçiriləcək qrup mərhələsinin IV tur matçında hakimlərin işinə qiymət verəcək. Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov isə eyni turda keçiriləcək “Styaua” (Rumıniya) – “Silkeborq” (Danimarka) görüşündə UEFA nümayəndəsi olacaq. Qarşılaşmaların hər ikisi oktyabrın 13-də oynanılacaq.
Oxunub: 383
Xəbəri paylaş
Paylaş: