Qonşunu sel basdı
Güclü yağışlar qonşu Gürcüstanın Sameqrelo bölgəsinin Xobi bələdiyyəsində ciddi problemlər yaradıb.
Güclü yağışlar nəticəsində Xobi şəhərində və bələdiyyənin bir sıra kəndlərində vətəndaşların həyətyanı sahələrini, yaşayış evlərinin və tikililərin birinci mərtəbələrini su basıb.
Respublika əhəmiyyətli Xorqa-Kulevi magistralının dördüncü kilometrliyində yolun hərəkət hissəsini də sel bürüyüb.
Nəticədə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Hazırda təbii fəlakətin aradan qaldırılması işlərinə başlanılıb. Xobi Meriyasında dəymiş ziyanı hesablamaq üçün xüsusi komissiya yaradılıb.
Oxunub: 436
Xəbəri paylaş
Paylaş: