Akar Brüsselə getdi: Baş katiblə görüşəcək
Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO-nun mənzil qərargahında keçiriləcək müdafiə nazirləri səviyyəsindəki iclasa qatılmaq üçün Belçikanın paytaxtı Brüsselə səfər edib.
Globall.az xəbər verir ki, bu barədə qardaş ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu gün Brüsseldə NATO-nun müdafiə nazirləri səviyyəsindəki iclası başlayacaq.
İclas çərçivəsində nazir Hulusi Akar orada keçiriləcək sessiyalara qatılacaq.
Akarın iki gün ərzində NATO-nun mənzil qərargahında müxtəlif ikitərəfli görüşlər keçirəcəyi bildirilib.
Açıqlamada həmçinin Akarın NATO-nun Baş katibi Yens Stoltenberqlə də görüşəcəyi qeyd olunub.
Oxunub: 112
Xəbəri paylaş
Paylaş: