Kremldən Krım körpüsündəki partlayışla bağlı qalmaqallı AÇIQLAMA
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Krım körpüsündə partlayış törətməkdə Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanovu ittiham edib.
FSB-nin məlumatına görə, yük maşınındakı partlayıcı maddələri maskalayaraq, ümumi çəkisi 22 tondan çox olan polietilen plyonka rulonlarında gizlədiblər.
Bundan sonra avqustun əvvəlində Odessa limanından Bolqarıstanın Ruse şəhərinə göndərilib.
Rusiya xüsusi xidmət orqanları partlayışda Ukrayna və Gürcüstan vətəndaşlarının, həmçinin bir Ermənistan vətəndaşının iştirak etdiyini vurğulayıb.
Məlumaa əsasən, körpüdəki partlayışla bağlı, artıq 12 iştirakçı müəyyən edilib, onlardan 8-i gözaltına alınıb.
Rusiyanın FSB-si xüsusi bəyanatla çıxışında Krım körpüsündəki partlayış da Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov, idarənin əməkdaşları və agentləri olduğunu iddia edib.
"Partlayıcı qurğu ümumi çəkisi 22.77 ton olan 22 altlıq üzərində polietilen plyonka ilə rulonlarda gizlədilib. Avqustun əvvəlində yük Kiyevdəki Translogistic UA MMC ilə Bolqarıstanın Baltex Capital S.A. şirkəti arasında bağlanan müqaviləyə görə, Odessadan Bolqarıstanın Rusa limanına göndərilib. Yük Bolqarıstandan Gürcüstanın Poti limanına, oradan isə Ermənistana göndərilib. Bu işdə Ukrayna vətəndaşları Syurkalo Mixail Vladimiroviç, Kovaçs Denis Oleqoviç, Solomko Roman İvanoviç, Gürcüstan vətəndaşı “Levan” ləqəbli Sandro İnosaridze adlı broker və Ermənistan vətəndaşı Artur Terçanyan və başqaları (ümumilikdə 8 nəfər) iştirak edib.
Sentyabrın 29-dan oktyabrın 3-dək İrəvanda "Transalyans" terminalında həmin “yük” Avrasiya İqtisadi İttifaqının qaydalarına əsasən gömrükdə rəsmiləşdirilib, sənədlər dəyişdirilib. Artıq onu göndərən "Qu ar ci Qrup" MMC (Ermənistan, Alaverdi şəhəri) olub.
Gürcüstanda qeydiyyatda olan DAF markalı avtomaşınla yük oktyabrın 4-də Yuxarı Lars keçid məntəqəsində Rusiya-Gürcüstan sərhədindən keçib, iki gün sonra Armavirdəki topdansatış bazasına çatdırılıb.
Oktyabrın 7-də Ukrayna vətəndaşı R.Solomko, Vladimir Vasilyeviç Zlob və daha 5 Rusiya vətəndaşının köməkliyi ilə yükün sənədləri yenidən dəyişdirilib. Göndərən şirkət Ulyanovskdakı TEK-34 MMC, alıcı isə Krımda mövcud olmayan şirkət göstərilib. Həmin gün palletlər Simferopola yola düşən Rusiya vətəndaşı, 1971-ci il təvəllüdlü Mahir Yusubovun yük maşınına yüklənib və 2022-ci il oktyabrın 8-də saat 6:03-də Krım körpüsündən keçərkən partlayış baş verib", - məlumatda deyilir.