Noam Çomski: “Tramp amerikalıların ölümünə cavabdehdir”

“Donald Tramp amerikalıların ölümünə cavabdehdir”.
“The Guardian” xəbər verir ki, bunu tanınmış filosof Noam Çomski bildirib.
O, ABŞ prezidentini koronavirus pandemiyasını seçki maraqlarına uyğun istifadə etdiyini və böyük biznesin ciblərini doldurma ilə minlərlə amerikalının ölümünə cavabdeh olduğunu deyib.
Amerikalı dilçi və filosof ABŞ prezidenti Donald Trampın “Korona” dövründə özünü “ABŞ-ın xilaskarı” adlandırmasının ölkəsinin insanlarına arxadan bıçaqlama olduğunu iddia edib.
Noam Çomski prezidentin yoluxucu xəstəliklərin araşdırılması və müalicəsi üçün dövlət maliyyəsini varlı şirkətlərin xeyrinə xərclədiyini söyləyib. “Bu sektor üçün büdcənin azaldılması Trampın hər il etdiyi şeydir”.
Çomski Trampın pandemiyaya görə məsuliyyəti əyalət qubernatorlarının öhdəsinə verməsini “çox sayda insanı öldürmək və seçki siyasətini inkişaf etdirmək üçün əla bir strategiya” adlandırıb.
Oxunub: 250
Xəbəri paylaş
Paylaş: