ABŞ Putinə sui-qəsd edəcək – Bolton nələr olacağını açıqladı
Rusiya nüvə silahından istifadə edərsə, Vaşinqton Putinə qarşı sui-qəsd düzənləyəcək.
Bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Trampın Administrasiyasında milli təhlükəsizlik üzrə müşavir olmuş Con Bolton deyib.
Bolton qeyd edib ki, Putinin ABŞ tərəfindən ələ keçirilməsinin mümkünsüz olduğu fikrini bölüşmür.
“Məncə Putin də bunu anlayır. İranda Qasım Süleymani hadisəsi kiminsə ABŞ-ı təhdid edəndə nə olduğunu göstərən əyani nümunədir”, - o deyib.
Bolton bildirib ki, Putin bir gün mütləq etdiklərinin əvəzini ödəyəcək.
Oxunub: 135
Xəbəri paylaş
Paylaş: