Sel 33 can aldı
Nepalda intensiv yağışlar selə çevrilib və ölkənin qərb bölgələrini iflic edib.
Globall.az xəbər verir ki, sel və daşqınlar nəticəsində 33 nəfər ölüb.
22 nəfərin itkin düşdüyü bildirilir.
Ölkənin qərbindəki Karnali çayında suyun hündürlüyünün 12 metri keçdiyi vurğulanır.
Çayın üzərindəki asma körpüləri sel aparıb.
Onlarla yaşayış məntəqəsi ilə quru əlaqəsi kəsilib.
İnsanları təxliyyə etmək üçün hökumət əraziyə helikopterlər cəlb edib.
Hətta helikopterlərlə insanlara dərman və ərzaq yardımları edildiyi bildirilir.
Oxunub: 129
Xəbəri paylaş
Paylaş: