Şəhid mayorun anası vəfat etdi - FOTO
Vətən müharibəsi şəhidi mayor Natiq İsmayılovun anası Tamara İsmayılova vəfat edib.
T. İsmayılova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Şəhid anası Qəbələnin Bunud kəndində yaşayırdı.
Qeyd edək ki, mayor İsmayılov Natiq Əjdər oğlu döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Oxunub: 151
Xəbəri paylaş
Paylaş: