İlk real robot deputatları dinləyərkən yuxuya getdi
Dünyanın ilk ultra realist robotu deputatları dinləyərkən yuxuya gedib.
Globall.az xəbər verir ki, Ai Da adlı insanabənzər bu robot Britaniya parlamentində millət vəkilləri ilə görüşüb. Onlar yeni texnologiyaların yaradıcı sənayelərə necə təsir edəcəyi barədə müzakirələr aparılıb.
Amma Ai Da məclis üzvlərinin sualları zamanı yuxuya gedib. Daha sonra robot oyandırılmağa çalışıb və bu vaxt ərzində ona günəş eynəyi taxılıb.
Oyandıqdan sonra sualları cavablandıran Ai Da texnoloji sahə ilə yanaşı, ədəbiyyat, sənət haqqında da danışıb. O, xüsusilə şeirlərlə maraqlandığını qeyd edib.
“Şeirlər haqqında danışmağıma baxmayaraq, subyektiv bir təcrübəm yoxdur”, - deyə Ai Da bildirib.
Oxunub: 234
Xəbəri paylaş
Paylaş: