Bakıda kütləvi dava: Dostlar bıçaqlandılar
Bakının Nərimanov rayonunda kütləvi dava olub. Globall.az xəbər verir ki, Yusif Vəzir Çəmənzəminli küçəsində qeydə alınan hadisədə iki nəfər ağır bədən xəsarətləri alıb. Belə ki, 1981-ci il təvəllüdlü Sadıqov Elməddin Kamal oğlu və onun dostu 1994-cü il təvəllüdlü Ağabalayev İdris Nazim oğlu bir neçə nəfərlə dava zamanı bıçaqlanaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Həmin şəxslər Kliniki Tibbi Mərkəzə yerləşdirilərək cərrahi əməliyyat olunublar. Fakt araşdırılır.
Oxunub: 174
Xəbəri paylaş
Paylaş: