Türk Şahinləri Tunisdə ŞOU göstərdi

Türkiyə Hərbi Hava Qüvvələrinin "Solotürk" akrobatika komandası Tunisdə keçirilən 2-ci Beynəlxalq Aviasiya və Müdafiə Sərgisində nümunəvi uçuş həyata keçirib.
Enfida şəhərində keçirilən Beynəlxalq Aviasiya və Müdafiə Sərgisində nümayiş etdirilən uçuşu Tunisdəki missiya nümayəndələri, hərbi məktəb tələbələri və rəsmilər izləyib. Təxminən yarım saat davam edən F-16 ilə nümunəvi uçuşların sonunda "Solotürk" pilotu tamaşaçıları salamlayıb.
Oktyabrın 16-dək davam edəcək yarmarka çərçivəsində daha 3 nümayiş keçirəcək "Solotürk" yarmarkada tanıtım stendi də açıb. Türkiyənin də daxil olduğu 50 ölkədən 110 şirkətin qatıldığı yarmarka dünən başlayıb.
Oxunub: 155
Xəbəri paylaş
Paylaş:




















