Təhlükəli qrip virusu Rusiyaya keçdi
Rusiyada “HonKonq” qripi kimi tanınan A(H3N2) virusu aşkar edilib.
Bu barədə məlumatı Rusiya İstehlakçılarının Hüquqlarını Müdafiəsinə Nəzarət üzrə Federal Xidmətin rəisi Anna Popova idarənin kollegiyasının iclasında açıqlayıb.
Xidmət rəisinin sözlərinə görə, təhlükəli virus ötən həftə Misirdən Moskvaya gələn şəxsdə aşkarlanıb: “Hələlik Rusiya ərazisində başqa qrip virusu yoxdur. Buna görə də, diqqətlə fəaliyyət planı hazırlamaq üçün vaxtımız var”.
Qeyd edək ki, “HonKonq” qripi kimi tanınan A(H3N2) virusu ilk dəfə 1968-ci ildə aşkar edilib. Pandemiya dönəmində sərt karantin tədbirləri seçilmədiyinə görə, ölüm sayı çox olub. Bəzi ölkələrdə yoluxmanı önləmək üçün üz maskalarından istifadə edilib. Ümumilikdə, dünya üzrə bu virusdan 1 milyondan çox insanın öldüyü bildirilir.