8 046 hərbi qulluqçu koronavirusa yoluxdu
ABŞ-da koronavirusa yoluxan hərbçilərin sayı artıb.
"RİA Novosti" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ABŞ Silahlı Qüvvələrində xidmət edən 8 046 hərbi qulluqçu, mülki işçi və onların ailə üzvlərində koronavirus aşkar edilib.
Qeyd edilib ki, onlardan 267 nəfəri xəstəxanaya yerləşdirilib, 27 nəfəri ölüb, 3464 nəfər artıq sağalıb.
Xatırladaq ki, Cons Hopkins Universitetinin bu gün səhər saatlarına olan məlumatına görə, ABŞ-da hazırda 1,3 milyondan çox koronavirusa yoluxma hadisəsi qeydə alınıb. Onlardan 80 mini dünyasını dəyişib.
Oxunub: 362
Xəbəri paylaş
Paylaş: