Ceyhun Bayramov bölgədəki son durumla bağlı türkiyəli həmkarını məlumatlandırdı

“Qardaşım Ceyhun Bayramov regiondakı son durum barədə bizi məlumatlandırdı”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu oktyabrın 17-də Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bugünkü iclasda bir çox regiondakı, o cümlədən Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.
Oxunub: 182
Xəbəri paylaş
Paylaş:




















