Xalq artistinin oğlu Vatikana səfir təyin edildi - Sərəncam
İlqar Yusif oğlu Muxtarov Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda (Vatikan) fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, İlqar Muxtarov Azərbaycan teatr və kino sənətinin görkəmli xadimləri, xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarovun övladıdır.
İlqar Muxtarov bundan öncə (2009-2016-cı illərdə) Azərbaycanın Meksika Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub. Son təyinatınadək Xarici İşlər Nazirliyində xüsusi təyinatlar üzrə səfir vəzifəsində çalışırdı.
Oxunub: 176
Xəbəri paylaş
Paylaş: