Prezident daha iki səfiri geri çağırdı - YENİİ TƏYİNATLAR
Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında, eyni zamanda Kamboca Krallığında və Laos Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Anar Laçın oğlu İmanov Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında, eyni zamanda Kamboca Krallığında və Laos Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
***
Dövlət başçısının digər sərəncamı ilə Fəxrəddin İsa oğlu Qurbanov Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
***
Prezidentin digər sərəncamına əsasən, Anar Laçın oğlu İmanov Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
***
Prezident İlham Əliyevin sərəncamı ilə Şövqi Kamal oğlu Mehdizadə Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.