Bakıda beynəlxalq əmlak sərgisi keçiriləcək
Noyabrın 19-20-də "Baku Expo Center"də “United Property Expo 2022” - beynəlxalq əmlak sərgisi keçiriləcək. Globall.az Report-a istinadən xəbər verir ki, sərgi ölkədən xaricdə əmlak almaq, icarəyə vermək istəyənlər üçün platforma rolunu oynayacaq. Sərgidə 70-dən çox tərtibat, dizayn və memarlıq şirkəti iştirak edəcək. Xatırladaq ki, sonuncu dəfə Bakıda bu cür sərgi koronavirus (COVID-19) pandemiyasından əvvəl - 6-7 aprel 2018-ci ildə keçirilib.
Oxunub: 177
Xəbəri paylaş
Paylaş: