Mirzoyan da Çavuşoğlu ilə görüşə hazırdır
“Əgər bu görüş ikitərəfli münasibətlər üçün məhsuldar olacaqsa, türkiyəli həmkarım Mövlud Çavuşoğlu ilə görüşə hazıram”.
Globall.az xəbər verir ki, bunu Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan deyib.
“Ermənistan bu dialoqun uğurla yekunlanmasında maraqlıdır. Diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması üçün tərəflər görüş zamanı dürüst və ciddi addımlara hazır olmalıdırlar”, - deyə Mirzoyan qeyd edib.
Xatırladaq ki, Türkiyənin XİN rəhbəri dünən açıqlamasında qeyd edib ki, erməni həmkarı ilə görüşməyə hazırdır, lakin belə bir danışıqların tarixi hələ ki bəlli deyil.
Oxunub: 129
Xəbəri paylaş
Paylaş: