Siyəzəndə mikroavtobus aşdı: xəsarət alanlar var
Siyəzən rayonunda mikroavtobusun aşması nəticəsində 10 nəfər yaralanıb.
Hadisə Bakı-Quba yolunda, rayonun Zarat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 10 sərnişin Siyəzən Rayon Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb.
Hazırda yaralıların kimliyi və hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 170
Xəbəri paylaş
Paylaş: