Məktəbli qızı döyən direktorun yerinə TƏYİNAT
Bir müddət əvvəl sosial şəbəkələrdə Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayevanın şagirdlərin birini döyməsi və mobil telefonunu qırması barədə məlumat yayılmışdı. Hadisədən sonra direktorun əmək müqaviləsinə xitam verilib.
Globall.az bildirir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsindən Ölkə.az-a verilən məlumata görə, sözügedən məktəbə yeni direktor təyinatı olub.
Belə ki, daha əvvəl Abşeron-Xızı Regional Təhsil İdarəsində metodist vəzifəsində çalışan Nuranə Vəliyeva direktor vəzifəsindən azad edilmiş Çinarə Atayevanı əvəzləyib.
Oxunub: 196
Xəbəri paylaş
Paylaş: