Paşinyan itkin düşən ermənilərin sayını açıqladı
Ermənistanda Birinci Qarabağ Müharibəsində 777, İkinci Qarabağ Müharibəsində 217 hərbi qulluqçusu itkin düşüb. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib.
Onun sözlərinə görə 2022-ci il sentyabr təxribatı zamanı isə 13 erməni hərbçisi itkin düşüb.
Paşinyan bildirib ki, Azərbaycan itkin düşən ermənilərin taleyi ilə bağlı məsələni aydınlaşdırmağa dəstəçki olacaq.
Azərbaycanda Birinci Qarabağ Müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxslərdir.
Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri isə qocadır.
İkinci Qarabağ Müharibəsi zamanı isə 6 hərbçi itkin düşüb. /anews.az/
Oxunub: 186
Xəbəri paylaş
Paylaş: