Whatsapp təhlükəsiz yazışma üçün ən pis tətbiqdir
Artezio analitikləri WhatsApp-ı şəxsi yazışmalar üçün ən etibarsız mesencer adlandırıblar.
Globall.az xəbər verir ki, bu barədə “qazeta.ru” məlumat yayıb.
“Tədqiqat üçüncü tərəfə WhatsApp istifadəçilərinin şəxsi məlumatlarını əldə etməyə imkan verən boşluqlar aşkar etdi”, - analitiklər açıqlamada bildiriblər.
Artezio-ya görə, proqram 13 mümkün baldan yalnız 5 xal toplayıb. Çatışmazlıqlar arasında mesajların avtomatik silinməməsi, skrinşotlardan qorunma, həmçinin rabitə protokolunun keyfiyyətsizliyi də var.
Oxunub: 170
Xəbəri paylaş
Paylaş: