Zəngilan Hava Limanının açılışı oldu -
VİDEO
Zəngilan Beynəlxalq Hava Limanının açılışı olub. Açılışı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan edib. xxx Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Hava Limanında təyyarədən enib. Türkiyə liderini Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb. xxx 12:47 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb. Ərdoğanın olduğu təyyarə Zəngilan Hava Limanına eniş edib. Bununla da Türkiyə prezidenti Zəngilan aeroportuna gələn ilk xarici dövlət başçısıdır. xxx Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb. Türkiyə lideri bu gün Zəngilan hava limanının açılışında iştirak edəcək, habelə bir sıra tədbirlərə qatılacaq. Xatırladaq ki, Türkiyə lideri oktyabr ayında Füzuli hava limanının açılışında da iştirak etmişdi.