Qazaxıstanda məktəblər yenidən məcburi maska rejiminə keçir
Qazaxıstanın Aktobe şəhərinin məktəblərində COVID-19-a yoluxma hallarının kəskin artması ilə əlaqədar məcburi maska rejiminin tətbiqinə başlanılıb. Yerli mətbuatın yazdığına görə, orta təhsil müəssisələrində 500-ə yaxın uşaq virusa yoluxub, onlardan 45-i ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Mütəxəssislər vəziyyətin daha da gərginləşəcəyini istisna etmir və virusun yayılmasının qarşısını almaq üçün məktəblərdə qadağaların tətbiqinə çağırır.
Oxunub: 173
Xəbəri paylaş
Paylaş: