Şəmkirdə başından güllələnmiş kişi meyiti tapıldı

Şəmkir rayonunda baş nahiyəsindən odlu silahdan açılmış atəş nəticəsində ölən şəxsin meyiti tapılıb.
Globall.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.
Belə ki, 50-55 yaşlı kişinin meyiti kirayə qaldığı evdə aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 174
Xəbəri paylaş
Paylaş:




















