Əfqanıstanda partlayış:
24 nəfər öldü, 68 yaralı var
Əfqanıstanda yas mərasimində törədilən terror aktı nəticəsində ölənlərin sayı 24-ə çatıb.
Bu barədə Nangərhar vilayətinin rəsmi nümayəndəsi Atolla Hoginyani deyib.
O bildirib ki, partlayışda 68 nəfər yaralanıb: “Yaralıların vəziyyəti ağır olduğu üçün ölənlərin sayı arta bilər. Hələlik heç bir qruplaşma terror aktı ilə bağlı məsuliyyəti üzərinə götürməyib”./apa
Oxunub: 444
Xəbəri paylaş
Paylaş: