Urmuda həbs edilən azərbaycanlıya işgəncələr verildi
Bir həftə öncə etirazlarda saxlanılmış Qərbi Azərbaycan əyalətinin Urmu şəhərindən olan Rza Etibarirad ETTELAAT idarəsinin təcridxanasında vəhşicəsinə döyülüb. Bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb. Bildirilir ki, bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alan və qolu sındırılan gənc məhkəməyə qədər 700 milyon tümən girov sənədi qarşılığında müvəqqəti sərbəst buraxılıb.
Oxunub: 150
Xəbəri paylaş
Paylaş: