Rusiyada 5 jurnalist koronavirusdan ölüb -
200-ə yaxın jurnalist isə virusa yoluxub
Rusiyada 5 jurnalist yeni növ koronavirusdan (COVID-19) ölüb.
Bu barədə Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov bildirib.
O, 200 jurnalistin COVID-19-a yoluxduğunu açıqlayıb.
“Bir müddət əvvəl rəqəmlər açıqlandı. Dünyada 60-a yaxın jurnalistin koronavirus infeksiyasından həyatını itirdiyi bildirilib. Rusiyada 5 jurnalist xəstəlikdən ölüb. Bununla bərabər, 200 nəfərə yaxın jurnalistimiz virusa yoluxub”, – deyə V. Solovyov qeyd edib./apa
Oxunub: 362
Xəbəri paylaş
Paylaş: