ABŞ kəşfiyyatının sirri faş oldu:
Səfir terrorçulara yardim edib?
FTB 11 sentyabr qurbanlarının ailələri tərəfindən açılan məhkəmə davasına təqdim etdiyi sənədlərdən birində 1999-2000-ci illərdə Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyində işləyən Musaid Əhməd əl-Cərrahın adını silməyi unutmaqla ən böyük sirlərdən birini açıqlamış olub.
Yüksək çinli FTB rəsmisi tərəfindən qələmə alınan və bu həftə ictimaiyyətə açıqlanan məhkəmə sənədində əl-Cərrahın 11 sentyabda “Əkiz qüllələr”ə intihar hücumunu düzənləyən "Əl-Qaidə" mənsubu iki terrorçuya yardım etdiyindən şübhələndiyi qeyd edilir.
Hesbatda əl-Cərrahın hazırda harada olduğunun bilinmədiyi, ancaq bu şəxsin hücum edənlərə yardım üçün ABŞ-da iki nəfər ayırdığına dair ittihamlar var.
11 sentyabr hücumunun qurbanlarının sözçüsü Brett Eaglesonun fikrincə, bu sənəd terror hücumunu araşdıran FTB agentlərinin hücum edən terrorçularla Səudiyyə səfirliyi arasındakı bağları ört-basdır etdiyinə dair ciddi dəlildir.
FTB bu xəbərin yayılmasından sonra sözügedən raportu geri çəkərək, hesabatın yanlışlıqla məhkəmə sənədinə daxil edildiyini bildirib.