Pakistan məhkəməsindən İmran Xan qərarı
Pakistanda məhkəmə keçmiş baş nazir İmran Xanın gələcək seçkilərdə iştirakına heç bir maneə olmadığını bəyan edib. İslamabad Ali Məhkəməsində Xanın seçki komissiyasının siyasətə qadağası ilə bağlı şikayəti ilə bağlı iclas keçirilib. Xanın vəkili Əli Zəfər məhkəmədən Seçki Komissiyasının qərarının icrasının dayandırılmasını istəyib. İslamabad Ali Məhkəməsinin sədri Athar Minallah bu tələbi rədd edərək, Seçki Komissiyasının təfərrüatlı qərarının onlara çatmadığını bildirib. Minallah onu da qeyd edib ki, Xan seçkilərdə iştirak edə bilər və buna heç bir maneə yoxdur. Məhkəmə iclası gələn həftəyə təxirə salıb. Pakistan Seçki Komissiyası oktyabrın 21-də keçmiş baş nazir İmran Xanın baş nazir olarkən aldığı hədiyyələrin təfərrüatlarını açıqlamadığı üçün ona siyasətdən qadağa qoyub. Pakistanın ədliyyə və hüquq naziri Əzəm Nazir Tarar Xanın 5 il müddətinə siyasətdən uzaqlaşdırıldığını açıqlayıb. İmran Xanın vəkili Zafer bildirib ki, oktyabrın 22-də Seçki Komissiyasının qərarından İslamabad Ali Məhkəməsinə müraciət ediblər.